AZ

Rusiyada "WhatsApp" bloklandı

Rusiyada “WhatsApp” bloklanıb. Belə ki, mesajlaşma tətbiqinin domeni “suveren Runet” haqqında qanun çərçivəsində yaradılmış infrastruktur – Milli Domen Adları Sistemi (NSDİ) qeydlərindən yoxa çıxıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazır.

Hazırda messencerə giriş yalnız VPN vasitəsilə mümkündür.

Bildirilir ki, bundan əvvəl fevralın 10-da NSDİ-dən “YouTube”la bağlı məlumatlar silinib, Rusiya provayderlərində "Youtube.com" domeni “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətin qısaldılmış adıdır -red ) DNS-serverlərindən tamamilə itib.

Bu isə o deməkdir ki, platforma sadəcə ləngidilməyib, tənzimləyicinin sistemində tamamilə söndürülüb. Daha sonra məlum olub ki, eyni hal “WhatsApp.com” domeni ilə də baş verib. (Trend)

Seçilən
0
1
fed.az

2Mənbələr