Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Milli valyutada ən çox əmanət yerləşdirilən rayon və şəhərlər açıqlanıb.
Modern.az xəbər verir ki, əhalinin və sahibkarların manatla (milli valyutada) banklarda saxladığı vəsaitlərin həcminə görə regionların reytinqi bəlli olub.
Siyahıya mütləq liderliklə Bakı şəhəri başçılıq edir. Paytaxtda milli valyutada yerləşdirilən əmanətlərin həcmi 9 milyard 799,4 milyon manat təşkil edib.
İkinci yerdə sənaye şəhəri Sumqayıt qərarlaşıb. Burada banklara milli valyutada yatırılan vəsaitin həcmi 337,3 milyon manat olub.
Gəncə şəhəri 217,7 milyon manat göstərici ilə üçüncü sırada yer alıb. Onu paytaxta bitişik olan Abşeron rayonu izləyir – 183,7 milyon manat.
Siyahının beşinci pilləsində şimal bölgəsindən Xaçmaz rayonu (79,6 milyon manat) qərarlaşıb.
Altıncı yerdə cənub bölgəsini təmsil edən Lənkəran rayonu gəlir – 70,7 milyon manat.
Naxçıvan şəhəri 64,3 milyon manat manat əmanət portfeli ilə yeddinci sırada yer alıb. Səkkizinci sırada Mingəçevir şəhəri dayanır – 55,8 milyon manat.
Siyahının doqquzuncu pilləsində Bərdə rayonu (46 milyon manat) qərarlaşıb. Manat əmanətlərinin ən çox olduğu rayonların onluğunu isə Quba rayonu (42,3 milyon manat) tamamlayır. (Fed.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.