Yazını böyüt
Yazını kiçilt
Məşhur özbək müğənni Malika Ravşanova yeni musiqi layihəsi olan "Bahalı Restoran" mahnısını təqdim edib.
Hafta.az yazır ki, o, mahnını ilk olaraq sosial media səhifəsində pərəstişkarları ilə paylaşaraq elan edib.
"Qoy sevgi ilə yaşayım, sevgi ilə ölüm" kimi dərin mənalı sözlərlə başlayan mahnı dərhal dinləyiciləri valeh edib. Malikanın səsi, musiqidəki müasir melodiyalar və videoklipdəki romantik atmosfer bütün izləyicilər tərəfindən isti qarşılanıb.
Mahnı sevgi, xəyanət və dəyərsizlik kimi hissləri əks etdirir və dinləyicilərə özlərində tanış vəziyyətlər tapmağa imkan verir. Sosial mediada çoxlu müsbət şərhlər və ürəkdən gələn arzular bildirilib.