EN

Prezidenti təbrik etdilər


ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Mərhum Şeyx Zayedin adını daşıyan bu xüsusi mükafat həyatını tolerantlıq və dinc yanaşı yaşamaq dəyərlərinə həsr etmiş bir liderə layiqli ehtiramdır. Bu şərəfə layiq görülməyiniz cəsarətli liderliyinizin və Cənubi Qafqaz üçün yeni bir sülh fəsli yaratmaq məramına sarsılmaz sadiqliyinizin bariz sübutudur.
Biz Azərbaycan və Ermənistan arasında tarixi sülh təşəbbüsünü böyük ümidlə izlədik. Zati-alinizin də qeyd etdiyi kimi, 2025-ci il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonrakı aylarda hər iki ölkə cəmiyyətinin ikitərəfli ticarət və tranzit sahəsində ümidverici addımlar da daxil olmaqla, sülhün real faydalar gətirməsinin şahidi olduğunu görmək çox ruhlandırıcıdır. Dialoqdan əməkdaşlığa doğru bu əhəmiyyətli irəliləyiş həqiqətən təqdirəlayiqdir.
ICESCO yekun və hərtərəfli Sülh Sazişinə doğru bu həyati əhəmiyyətli irəliləyişi qətiyyətlə dəstəkləyir. Əminik ki, bu gün qoyulan təməllər regionun gələcək nəsilləri üçün davamlı sabitliyi, təhlükəsizliyi və rifahı təmin edəcəkdir. Təşkilatımız qarşılıqlı anlaşma və həmrəylik körpüləri qurmağı hədəfləyən təhsil, elm və mədəniyyət proqramları vasitəsilə bu səyləri dəstəkləməyə hazırdır.
Azərbaycan xalqı üçün daha firavan və dinc gələcək qurmağa sadiqliyiniz hər dəfə məndə dərin təəssürat yaradır. Bu mükafat Sizin siyasətinizin hazırda regionda harmoniyaya yol açdığını bir daha təsdiqləyir.
Zati-aliləri, bu beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Azərbaycanı sarsılmaz sülh və qardaşlıqla müəyyən edilmiş gələcəyə doğru istiqamətləndirmək yolunda Sizə davamlı uğurlar arzulayırıq”.

***
İsveçrə Konfederasiyası Federal Parlamenti Kantonlar Şurasının (Senatının) sabiq sədri Filippo Lombardi də Prezident İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
“Zati-aliləri.
“Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizə dərin hörmət və ehtiramla ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Bu nüfuzlu mükafat Sizin müdrik rəhbərliyinizin və qarşıdurma əvəzinə sülh yolunu seçmək qətiyyətinizin bariz göstəricisidir. Tez-tez ciddi gərginliklərlə səciyyələnən bir dövrdə keçmişdə yaşanmışları deyil, gələcəklə bağlı məsələləri ön plana çəkərək bu istiqamətdə göstərdiyiniz səylər mühüm mənəvi və siyasi əhəmiyyət daşıyır.
2013-cü ildə İsveçrə Konfederasiyasının Kantonlar Şurasının sədri qismində rəsmi səfərim zamanı Bakıda Sizinlə keçirdiyimiz görüşü böyük məmnuniyyətlə və maraqla xatırlayıram. Həmin görüşdə apardığımız dərin məzmunlu fikir mübadiləsi mənim üçün əhəmiyyətli bir xatirə olaraq qalır. O vaxt müzakirə etdiyimiz dialoq prinsiplərini bu gün də Sizin regional və beynəlxalq fəaliyyətinizdə istiqamət olaraq görmək sevindiricidir.
Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişi ilə bağlı əldə olunan tarixi irəliləyiş göstərir ki, əsl güc diplomatiya və barışıqda təcəssüm olunur. Sizin bu istiqamətdə nümayiş etdirdiyiniz qətiyyət beynəlxalq ictimaiyyətə daha sabit və proqnozlaşdırılabilən gələcəyin mümkün olduğuna ümid verir.
Chosen
40
25
yeniavaz.com

10Sources