EN

ABŞ Hərbi Hava Qüvvələri radarsız F-35 təyyarələri alıb

ABŞ Hərbi Hava Qüvvələri AN/APG-85 radarları olmayan beşinci nəsil F-35 Block 4 qırıcı təyyarələri alıb.

Herbiand.az bildirir ki, bu barədə TWZ nəşri yazıb.

Məlumata görə, AN/APG-85 radarları Block 4 təyyarələri üçün əsas təkmilləşdirmədir, radarsız F-35-lərin çatdırılması isə 2025-ci ildə başlayıb.

TWZ qeyd edib ki, F-35-lərin AN/APG-85 ilə daha sonra təchiz edilməsi planlaşdırılır. Bu radarlar olmadan təyyarələr öz missiyalarını yerinə yetirməyə davam edəcək, lakin onların imkanları və sağ qalma qabiliyyəti azalacaq.

Bəxtiyar CƏFƏRLİ

Chosen
63
herbiand.az

1Sources