EN

Qurban Qurbanov ağdamlılarla qohum olub - FOTOLAR

“Qarabağ” Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanovun evində daha bir xeyir iş olub. Baş məşqçi böyük qızı Zəhranı gəlin köçürüb. “Neolit” restoranında baş tutan məclis qız toyu və xınadan ibarət olub.

Toydan maraqlı detalları aşağıda təqdim edəcəyik.

Yeri gəlmişkən, Qurbanovun oğlu Musa da təzəlikcə evlənib və onun da toyu adıçəkilən restoranda olub.

Musa “Qoç Ət” restoranlar şəbəkəsinin sahibi, əslən Laçından olan iş adamı və xeyriyyəçi Sənan Təhməzovun kürəkənidi.

“Yeni Sabah” Mia.az-a istinadən xəbər verir ki, toydan maraqlı görüntülər sosial şəbəkələrə düşüb və çox səmimi atmosfer yaradıb.

Xüsusilə baş məşqçinin ilk dəfə ikinci arvadı ilə görüntülənməsi gözlənilməz effekt verib. Stilist Jalə Əsədzadənin təqdimatında Könül adlı xanım sosial şəbəkə istifadəçilərinə Qurbanovun uşaqlarının anası kimi təqdim edilsə də, saytımızın eksklüziv xəbərinə görə, həmin xanım, əslində, Qurbanovun ikinci həyat yoldaşıdı. 

Deyilənə görə, toyda Qurbanovun qızının yanında yer alan Könül xanımla baş məşqçinin arasında dini nigah mövcuddu. İkinci xanımın Qurbanovun evində, bütün ailə üzvləriylə birlikdə, yaxud ayrı yaşadığı bəlli deyil.

Amma görüntülərdən ailənin bütün üzvlərinin səmimi av-havası və xoşbəxtliyi hiss olunur.

Yaraşıqlı və gənc Könül xanım Zəhranın əlini sıxaraq baş məşqçiylə birlikdə mehriban ailə görüntüsü əks etdiriblər.

Xatırladaq ki, Qurbanov dindardı və şəriət hökmünə əsasən, bir neçə dəfə evlənə bilər. Mövcud qanunvericilik mühitində hazırda bizim ölkə dindarları ikinci, üçünçü və dördüncü qadınla dini kəbin əsasında evlənir. 

Qurbanovun ikinci evliliyinin zamanı bəli deyil. Amma Qurbanovun evində daha bir qız da böyüyür və Sara adlı bu kiçik qızın baş məşqçinin ikinci xanımından olan övladı olduğu bildirilir.

Maraqlıdı ki, vaxtilə “Qarabağ”ın premyer liqa çempionluğunu qeyd etdiyi tədbirdə Qurbanovun yanında yer alan xanımın onun arvadı olduğu deyilsə də, nə Musa evlənərkən gəlin məclisində, nə də indi Zəhranın toyunda həmin xanım heç bir görüntüdə gözə dəyməyib.

Yeri gəlmişkən, Zəhranın ailə qurduğu Samir adlı şəxsin əsil-nəslinin Ağdamın Seyidli kəndindən olduğu da qeyd edilir.

Bütün dini ehkamlara rəğmən, Musa kimi Zəhranın da toyu qışın ortasında baharı yaşamağın tam mənada təcəssümü olub. Məclisin qırmızı rəngli dekor fonu atəşli sevginin əsrarəngiz anlamının işarəsinə çevrilib.

Adətən, dindar şəxslərin məclislərinin qapalı və əyləncədən kənar, musiqinin qadağan edildiyi və hətta milli adət-ənənələrin belə əməl olunmadığı bir tərtibata bənzədiyi məlum olsa da, Qurbanovlar ailəsi artıq ikinci dəfədi, bu streotiplərin fövqündə dayanmağı bacararaq, dini dəyərlərlə sevgiyə söykənən həyəcanlı əyləncənin ortaq məxrəcini yarada bilir. Bunu bacarmaq əslində olduqca cəsarətli və zərif davranışdı. 

Məsələn, məclisdə müsiqiyə və əyləncəyə yer verilməsi, qonaqların arasında açıq libaslı xanımların rahatlığı, gəlinin milli adətlərə uyğun xına mərasimi bir-birini həmahəng tamamlayıb və iki fərqli dünyanı rəngarəng şəkildə qovuşdurub.

Zəhra məslisdə iki gəlinlik geyinib. Onun xonçalarının arasında bir sıra bahalı brendlər, o cümlədən, “Fendi”, “La Mer”, “nYc”, “YSL” gözə dəyib. Xonçaları “Royal Wrap Baku” hazırlayıb, foto və video qrupa Həmid Həmidli rəhbərlik edib. Məclisin konsepti, ArtDekor çəkilişi Zeynal Məmmədliyə məxsus olub. Zəhra hündürboylu olduğuyçün gəlin ayaqqabısını hündürdaban seçməyib. Ailənin yeni gəlini Əsmər Qurbanlı da şık geyimiylə fərqlənib.

Qurbanov qızının alnından öpərək, “Sən mənim ürəyimsən”, deyə ona xeyir-dua verib.

Yeri gəlmişkən, Zəhra Qurbanlı ali təhsilli psixoloqdu. Mia.az daha bir eksklüzivi oxucuların diqqətinə çatdıraraq bildirir ki, Zəhra 2023-cü ilin martında Ankara Medipol Universitetinin psixologiya ixtisasına qəbul olunub və müfəffəqiyyətlə bitirərək psixoloq ixtisasına yiyələnib. Buna qədər Zəhra “StarColleges” kurslarının məzunu olub və həmin xəttlə Türkiyədə uğurla təhsilə başlayıb.

 


Telegram kanalımız
Chosen
14
2
yenisabah.az

3Sources