EN

Mask işə qəbul prosesini açıqladı Ənənəvi üsuldan istifadə edir

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünyanın ən zəngin insanı İlon Mask işə qəbul prosesində ənənəvi üsullardan istifadə etmədiyini deyib. 

O bildirib ki, namizədləri dəyərləndirərkən onların CV-lərinə xüsusi önəm vermir. Maskın fikrincə, kağız üzərində yazılan məlumatlardan daha vacibi insanla birbaşa ünsiyyətdir.

O, qərarını adətən təxminən 20 dəqiqəlik görüşdən sonra verir. Mask hesab edir ki, qısa söhbət zamanı namizəd öz bacarığını və fərqliliyini sübut edə bilməlidir. Əgər bu müddətdə güclü təsir yaranmırsa, CV-də yazılanlara güvənmək düzgün deyil.

Mask üçün yalnız peşəkar bacarıq deyil, insanın xarakteri də önəmlidir. O, namizədin dürüst, etibarlı, ağıllı və çalışqan olmasına diqqət yetirdiyini vurğulayır. Onun sözlərinə görə, “yaxşı qəlb” əsas meyarlardan biridir.

Mask həmçinin etiraf edib ki, əvvəllər böyük və məşhur şirkətlərdə işləyən insanları avtomatik olaraq daha uğurlu hesab etmək kimi səhvə yol verib. Lakin sonradan anlayıb ki, uğur təkcə şirkətin adına görə müəyyən olunmur.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
158
azpolitika.info

1Sources