EN

“Qarabağ” – “Nyukasl” oyununa biletlərin qiyməti açıqlanıb

Bakı, 12 fevral, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək ilk oyuna biletlərin qiyməti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu gün saat 12:00-da satışa çıxarılacaq biletlərin qiyməti 10-1000 manat arasında dəyişir.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir. VIP sektorlar üçün biletlər 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün isə 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Stadiona giriş QR bilet ilə mümkün olacaq.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Chosen
30
12
azertag.az

10Sources