EN

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

“İki sahil” xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.

F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.

Qeyd edək ki, G.Hacıbəyli iki ay əvvəl Türkiyədə saxlanılmışdı.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.

Chosen
35
18
ikisahil.az

10Sources