EN

Suriya hökuməti ABŞ tərəfindən tərk edilən strateji Tanef bazasını nəzarətə götürüb



Suriya hökuməti İraq və İordaniya ilə sərhəddə yerləşən və ABŞ-ın təxminən 10 il orada qaldıqdan sonra geri çəkildiyi strateji Tanef bazasını nəzarətə götürüb.ABŞ Suriyadakı İordaniya və İraq sərhədləri ilə kəsişən Tanef bazasından geri çəkilib.
Suriya hökumət mənbələri Anadolu Agentliyinin (AA) müxbirinə Suriya ordusunun bazanı ələ keçirdiyini və hazırda orada yerləşdirildiyini bildirib.

ABŞ-ın İordaniya sərhədləri daxilində, Tanef bazasından 22 kilometr aralıda yerləşən 22-ci Qüllə bazasına geri çəkildiyi bildirilib.

İordaniyadakı 22-ci Qüllə bazası ilə Suriyadakı Tanef bazası arasındakı məsafə 22 kilometrdir.

Bir vaxtlar Tanefdə təxminən 200 ABŞ əsgərinin olduğu bildirilsə də, 22-ci Qüllədə yerləşən ABŞ əsgərlərinin sayı barədə dəqiq məlumat yoxdur.

ABŞ 2017 və 2018-ci illərdə genişləndirdiyi Tanef bazasından bazadan buraxılan müşahidə şarlarından istifadə edərək İordaniya sərhədi ilə Fərat çayı arasında yüzlərlə kilometrlik ərazidə İran tərəfindən dəstəklənən qrupların və terror təşkilatı İŞİD-in hərbi fəaliyyətlərini izləmək üçün istifadə edib.

aia.az
Tərcümə şöbəsi



Chosen
12
2
aia.az

3Sources