BAKI, 12 fevral. TELEQRAF
İranla ABŞ arasında Tehranın ballistik raket proqramı ilə bağlı razılığa gəlmək ehtimalı azdır.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.
“İslam Respublikasının nöqteyi-nəzərindən ABŞ-nin hərbi hücum riski Tehranın yeganə müdafiə vasitələrindən imtina etmək riskindən azdır. İranda inanırlar ki, ballistik raketlərdən imtina rejimin dəyişdirilməsini asanlaşdıracaq”, - nəşr yazıb.