EN

Konseysau məşhur Avropa klubunun baş məşqçisi ola bilər

Hazırda "Əl-İttihad"ın (Səudiyyə Ərəbistanı) baş məşqçi vəzifəsini turan Serjiu Konseysau Avropaya qayıda bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.

Məlumata görə, onun "Olimpik Marsel"i çalışdırmaq ehtimalı var. Liqa 1 klubunun bosslarının digər namizədi isə "Renn"in "sükanı arxası"nda olan seneqallı Habib Beydir. 

Qeyd edək ki, "Marsel" bir müddət öncə italiyalı mütəxəssis Roberto De Dzerbi ilə əməkdaşlığa son qoyub.

Nihat

Chosen
94
fanat.az

1Sources