Hazırda "Əl-İttihad"ın (Səudiyyə Ərəbistanı) baş məşqçi vəzifəsini turan Serjiu Konseysau Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Məlumata görə, onun "Olimpik Marsel"i çalışdırmaq ehtimalı var. Liqa 1 klubunun bosslarının digər namizədi isə "Renn"in "sükanı arxası"nda olan seneqallı Habib Beydir.
Qeyd edək ki, "Marsel" bir müddət öncə italiyalı mütəxəssis Roberto De Dzerbi ilə əməkdaşlığa son qoyub.
Nihat