BAKI, 12 fevral. TELEQRAF
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vladimir Zelenskinin seçkilərin keçirilməsinin mümkünsüzlüyü barədə açıqlamalarını ukraynalılarla istehza kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, Zaxarova bu barədə "Telegram" kanalında yazıb.
Zaxarova bildirib ki, Zelenski bu mövzuda danışmaqla Ukrayna vətəndaşlarına qarşı istehzanı davam etdirir: “Yəni, 1 aprel, amma il göstərilmir? Vətəndaşlarla istehza davam edir”.
Rusiya XİN rəsmisinin sözlərinə görə, bu cür bəyanatlar cəmiyyətdə qeyri-müəyyənliyi daha da artırır və vəziyyətin aydınlaşmasına xidmət etmir.