EN

Türkiyə parlamentində gərgin anlar: yeni nazir çətinliklə and içdi - VİDEO

Türkiyə Böyük Millət Məclisində keçirilən iclas zamanı yeni təyin olunan Daxili İşlər və Ədliyyə nazirlərinin andiçmə mərasimi gərgin atmosferdə baş tutub.

"Yeni Sabah" xəbər verir ki, fasilə müddətində AK Partiyalı deputatlar kürsünü tərk etməyiblər. Qısa aradan sonra parlament yenidən toplaşıb. İclasa sədrlik edən Məclis sədrinin müavini Bekir Bozdağ, Ədliyyə naziri Akıb Gürleki and içmək üçün yenidən kürsüyə dəvət edib.

AK Partiyalı deputatlar nazir Gürleki mühafizə ediblər və o kürsüdə and içib. Bu zaman CHP-li deputatlar etiraz olaraq Konstitusiya kitabçalarını zala atıblar. Hadisəyə baxmayaraq, Akın Gürlek and mətnini tamamlayıb.

Daha sonra Daxili İşlər  naziri Mustafa Çiftçi də AK Partiyalı deputatların əhatəsində and içib.

Məclis sədrinin müavini Bekir Bozdağ iclasa 15 dəqiqəlik fasilə elan edib.

Kadrlarda deputatlar arasında yaşanan gərginlik və etiraz anları əks olunub.


Telegram kanalımız
Chosen
24
yenisabah.az

1Sources