EN

Tramp görüşdən sonra qərarını açıqladı

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında keçirilən görüşün təfərrüatları açıqlanıb. Metbuat.az xəbər verir ki, danışıqlar 3 saat davam edib. Bu barədə İsrailin Baş nazirinin ofisinin məlumat yayıb. Məlumata görə geniş tərkibdə keçirilən görüşdə İranla bağlı məsələlər müzakirə olunub. İsrail mediasında dərc edilən xəbərə görə, tərəflər ABŞ və İran arasında razılaşma əldə edilməyəcəyi təqdirdə həyata keçiriləcək birgə fəaliyyət planını müzakirə edib.

Qeyd edək ki, Donald Tramp Binyamin Netanyahu ilə görüşdən sonra İranla danışıqları davam etdirməkdə maraqlı olduğuna dair paylaşım edib. Tramp görüş zamanı konkret razılıq əldə edilmədiyini, İranla danışıqların davam etdirilməsi barədə mövqeyini ifadə etdiyini qeyd edib.

Chosen
17
31
metbuat.az

10Sources