AZ

Tramp İranla danışıqların davam etdirilməsinin tərəfdarıdır

BAKI, 12 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp

İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdə Qəzzadakı vəziyyəti müzakirə etdik və mən İranla danışıqların davam etdirilməli olduğuna israrla qeyd etdim.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O,görqş barədə "Truth" sosial şəbəkəsində yazıb: "Razılığın əldə edilib-edilməyəcəyini görmək üçün İranla danışıqları davam etdirməkdə israr etməyimdən başqa qəti bir şey əldə edilməyib . Əgər bu mümkündürsə, Baş nazirə bunun üstünlük verilən seçim olacağını çatdırdım".

Trampın sözlərinə görə, İranla razılaşma uğursuz olarsa, nəticənin necə olacağını görmək qalır: "İran ötən dəfə razılaşma əldə etməməyin daha yaxşı olduğuna qərar verdi və "Gecəyarısı çəkic" (ABŞ-ın 2025-ci ilin iyun ayında zərbələri - IF) ilə vuruldu və bu, onlar üçün pis başa çatdı. Ümid edirəm ki, bu dəfə daha ağlabatan və məsuliyyətli olacaqlar".

ABŞ prezidenti əlavə edib ki, o həmçinin Qəzzadakı vəziyyəti İsrailin baş naziri ilə müzakirə edib: "Qəzzada və bütün bölgədə əldə edilən böyük irəliləyişi müzakirə etdik. Yaxın Şərqdə həqiqətən də sülh bərpa olunub".

Ümumilikdə, ABŞ prezidenti Netanyahu ilə görüşünü çox yaxşı adlandırıb.

O vurğulayıb ki, bu, çox yaxşı görüş idi və ölkələrimiz arasında əla münasibətlər davam edir.

Seçilən
26
31
teleqraf.com

10Mənbələr