EN

“Nottingem Forest” baş məşqçini işdən çıxarmağı düşünür

“Nottinqem Forest” rəhbərliyi baş məşqçi Şon Dayçı işdən çıxarmağı düşünür.

İdman.Biz-in TEAMtalk-a istinadən məlumatına görə, klub prezidenti Yevangelos Marinakis komandanın bu mövsümkü nəticələrindən narazıdır və 54 yaşlı meneceri dəyişdirməyi ciddi şəkildə fikirləşir.

Dayç komandaya 2025-ci ilin oktyabrında işə götürülsə də, nəticələrini yaxşılaşdıra bilməyib. “Nottinqem Forest” hazırda düşmə zonasından yalnız bir pillə yuxarıdadır. Dayçın klub üçün uyğun olmadığını anlayan Marinakis yay tətilində məşqçi Marko Silvanı “Fulhem”dən cəlb etməyə çalışmaq qərarına gəlib.

Silvanın “Fulhem”lə müqaviləsi bu yay bitir və Marinakis meneceri azad agent kimi transfer etmək istəyir. Lakin “Nottingem” Silva ilə maraqlanan yeganə klub deyil. “Kristal Palas” da onu yaxından izləyir və Oliver Qlasnerlə yollarını ayırmağa hazırlaşır.

Marko Silva 2021-ci ildən bəri “Fulhem”ə rəhbərlik edir. Bu mövsüm komanda 30 oyun keçirib, 14 qələbə qazanıb, 4 heç-heçə edib və 12 məğlubiyyətlə üzləşib. “Fulhem” liqa turnir cədvəlində 34 xalla 12-ci yerdədir.

İdman.Biz
Chosen
47
1
idman.biz

2Sources