EN

"Sabah"ın 50-ci ev qələbəsi

"Sabah" premyer-liqada 50-ci ev qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 19-cu turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib. Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

2018/19 mövsümündən premyer-liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.

Chosen
58
15
football-plus.az

10Sources