Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Sabah"ın yubiley qalibiyyəti
“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.
QOL.az PFL-in saytına istinadən xəbər veir ki, bu, Misli Premyer Liqasının 19-cu turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.
Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.
Qeyd edək ki, 2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.