EN

Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi qeyd ediləcək.

Apasport.az xəbər verir ki, komitə tərəfindən 30 illik yubiley münasibətilə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

1996-cı ildə təsis olunan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2026-cı ildə fəaliyyətinin 30 ili tamam olur.

Azərbaycan paralimpiyaçıları 1996-2026-cı illər ərzində 9 dəfə Paralimpiya Oyunlarında iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal qazanıblar. Ümumilikdə isə idmançılarımız 27 paralimpiya, 29 dünya və 55 Avropa çempionluğu əldə ediblər.

Tədbirlərin tarixləri barədə mediaya və ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub.

Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar

Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək

Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar

Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar

“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO

Chosen
17
10
apasport.az

10Sources