AZ

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd ediləcək

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi qeyd ediləcək.

MPK-dan AZƏRTAC-a verilən məlumata görə, komitə tərəfindən yubiley münasibətilə il ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

1996-cı ildə təsis olunan Milli Paralimpiya Komitəsinin fəaliyyətinin 30 ili tamam olur.

Paralimpiyaçılarımız 1996-2026-cı illər ərzində 9 dəfə Paralimpiya Oyunlarında iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal qazanıblar. Ümumilikdə isə idmançılarımız 27 Paralimpiya, 29 dünya və 55 Avropa çempionluğu əldə ediblər.

Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub.

Seçilən
6
10
azertag.az

10Mənbələr