Bakı. Trend:
Fevralın 11-də Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov Ərəb Parlamentinin prezidenti Məhəmməd ƏhmədƏl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, görüş zamanı, Azərbaycanın ərəb ölkələri vəümumilikdə Ərəb Liqası və Ərəb Parlamenti ilə münasibətləri, YaxınŞərqdə və bölgəmizdə regional təhlükəsizlik vəziyyəti,İsrail-Fələstin münaqişəsi, habelə Azərbaycanla Ermənistan arasındasülh prosesi müzakirə olunub.
Görüş zamanı, ölkəmizin xarici siyasətində müsəlman, o cümlədənərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdənbiri olduğu vurğulanıb. Azərbaycanın bölgədə sabitliyin,təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində hər zamançalışdığı, münaqişələrin və müharibələrin qarşısının alınmasıistiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.
Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılmasıistiqamətində səylərin əhəmiyyətinə dair həmrəylik ifadə olunub.Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət”prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma vəprinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinəuyğun həll variantının dəstəkləndiyi bir daha diqqətəçatdırılıb.
Bununla yanaşı, ölkəmizin son illərdə həyata keçirdiyivasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov keçmiş münaqişə, Azərbaycan-Ermənistansülh prosesi, post-münaqişə dövründə işğaldan azad olunmuşərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə qarşıtərəfə ətraflı məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dairfikir mübadiləsi aparılıb.