EN

Lavrov: Alyaskadan Rusiya qoxusu gəlir

BAKI, 11 fevral. TELEQRAF

“Alyaskadan Rusiya qoxusu gəlir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxış edərkən Ankoricdə keçirilən ikitərəfli sammitdən sonra Rusiya ilə ABŞ arasında dialoqa münasibət bildirərkən deyib.

“Alyaskada rus ruhu var, oradan Rusiya qoxusu gəlir”, - o bildirib.

Avqustun 15-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada hərbi bazada görüşüb. Görüş təxminən üç saat davam edib.

Xatırladaq ki, Alyaska 1867‑ci ildə Rusiyadan 7,2 milyon dollar (bu günkü kursla təxminən 6 milyard dollar) qarşılığında ABŞ-yə satılıb. Bu müqavilə 30 mart 1867‑ci il tarixində imzalanıb. ABŞ Senatı aprelin 9-da müqaviləni təsdiqləyib və ərazi oktyabrın 18-də rəsmi olaraq ABŞ‑nin nəzarətinə keçib.

Chosen
21
3
teleqraf.com

4Sources