AZ

Alyaskadan Rusiya qoxusu gəlir - Lavrov

“Alyaskadan Rusiya qoxusu gəlir”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxış edərkən Ankoricdə keçirilən ikitərəfli sammitdən sonra Rusiya ilə ABŞ arasında dialoqa münasibət bildirərkən deyib.

“Alyaskada rus ruhu var, oradan Rusiya qoxusu gəlir”, - o bildirib.

2025-ci il avqustun 15-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada hərbi bazada görüşüb. Görüş təxminən üç saat davam edib.

Xatırladaq ki, Alyaska 1867‑ci ildə Rusiya tərəfindən 7,2 milyon dollara (bu günkü kursla təxminən 6 milyard dollar) ABŞ-yə satılıb. Müqavilə 30 mart 1867‑ci il tarixində imzalanıb. ABŞ Senatı aprelin 9-da müqaviləni təsdiqləyib, bölgə oktyabrın 18-də rəsmən ABŞ‑nin nəzarətinə keçib. /Teleqraf/

Seçilən
6
3
turkustan.az

4Mənbələr