EN

Daha 6 məktəbə direktor təyin olundu – Fotolar

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbə direktor təyinatı həyata keçirilib.

Bu barədə  idarədən məlumat verilib.

Hacıyeva Günel Vilayət qızı – Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru;

Həmidova Pərvanə Qurban qızı – Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin direktoru;

Camalzadə Leyla Hümbət qızı – Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin direktoru;

Muradova Günel Oruc qızı – Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;

Məmmədova Günel Elçin qızı – Samux şəhəri 3 nömrəli tаm orta məktəbin direktoru;

Məmmədov Seymur Vaqif oğlu – Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, ötən həftə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 3 məktəbə direktor təyinatı həyata keçirilmişdi.



Chosen
17
25
veteninfo.az

10Sources