Seyidcahan bacıları ilə Rəşid mahmudov arasında ağız davası yenidən başlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu dəfə şifahi həmlə Əməkdar artistin bacısı Rasimə Seyidcahandan gəlib.
O, tibb elmləri namizədi Rəşid Mahmudovun səsləndirdiyi "şizofreniya diaqnozu"nu xatırladıb.
R. Seyidcahan bacısı Elza haqqında fikirləri "qəbuledilməz" adlandırıb.
O, “Öz aramızda” verilişində bildirib: "Sən heç İlhamə Quliyevanın sənətinin yanından keçə bilməzdin. Ona deyə bilərdin ki, İlhamə xanım, elm sübut edir ki, özündən razı olan şizofrendir? Bəli, elm sübut edir ki, Azərbaycan xanımı ilə belə danış? Sən nə kişisən ki, tarixdə qalan sənətçilər haqqında şizofreniyanın manyakal dərəcəsindədir deyirsən?”
Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov “Yeni Sabah”a bacılara əhəmiyyət vermədiyini deyib:
“Onlar kimdir ki, cavab da verim?! Başımı xarab edirlər! Onları adam sayıb açıqlama alır, efirlərə çağırırlar deyə, belə danışırlar. Yəni hər dəfə eyni mövzuda. Özlərinə sənət tapsınlar. Bizim milləti bu günə salanlar məhz elə onları çağırıb bu cür danışmağa şərait yaradan aparıcılar, jurnalistlərdir. Ziyalılar bacılara cavab vermir ki, hər kəs yerini bilsin.
Elm sübut edib ki, kim özündən müştəbehdirsə, özünü çox istəyirsə, başqasını alçaldırsa, özünü digərlərindən yüksək tutursa, o adam dəlidir. Həddən artıq şişirdilmiş özünəqiymət və başqalarını alçaldan davranış bəzi hallarda maniakal şizofrenik epizodun klinik əlaməti kimi qiymətləndirilir. Bu, tibb kitablarında yazılıb, kitabı alıb oxuya bilərlər”.
Xatırlatma: tibb elmləri namizədi Rəşid Mahmudov bir müddət əvvəl E.Seyidcahanla bağlı qalmaqallı açıqlama vermişdi. Həkim verilişlərin birində bəstəkar-müğənnidə şizofreniya əlamətlərinin olduğunu bildirmişdi.
Əsmətxanım Rzazadə
Telegram kanalımız