EN

Azərbaycan qadın cüdoçularla tatamiyə çıxacaq

14-15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri baş tutacaq.

İdman.Biz xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi beş çəki dərəcəsində yeddi qadın cüdoçu təmsil edəcək. İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri - “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə də ədalət təmsilçiləri arasında yer alacaq.

Heyət
Qadınlar
48 kq

Şəfəq Həmidova

52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
Könül Əliyeva

57 kq
Fidan Əlizadə

70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova.

İdman.Biz
Chosen
8
6
idman.biz

9Sources