AZ

Avropa Açıq Turnirində Azərbaycanı 7 qadın cüdoçu təmsil edəcək

Bakı, 11 fevral, AZƏRTAC

Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa Açıq Turnirində çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılara qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Heyətdə Şəfəq Həmidova (48 kiloqram), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (hamısı 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) yer alıb.

Fevralın 14-15-də təşkil olunacaq beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri arasında yer alacaqlar.

Seçilən
20
2
azertag.az

6Mənbələr