EN

Pezeşkian: "İran nüvə silahı istehsal etmək niyyətində deyil"

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətinin olmadığını açıqlayıb.

Sitat.info xəbər verir ki, bununla bağlı, Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibəti ilə keçirilən mitinqdəki çıxışında deyib.

Onun sözlərinə görə, bu baxımdan İran istənilən monitorinq tədbirlərini qəbul etməyə hazırdır.

"Dünya və xalqımız qarşısında səmimiyik. Biz nüvə silahı yaratmaq istiqamətində addım atmırıq. Bu məsələni dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq. Ancaq ABŞ və Avropa tərəfindən formalaşdırılan yüksək etimadsızlıq divarı bu danışıqların uğurla nəticələnməsinə əngəl törədir. İran onların ifrat tələbləri qarşısında geri çəkilməyəcək. Biz regionda sülh və sabitlik naminə qonşu dövlətlərlə dialoq aparırıq", - deyə, prezident vurğulayıb. 

Tehran,

Sitat.info 

Chosen
14
14
sitat.info

10Sources