AZ

"İran nüvə silahı istehsal etmək niyyətində deyil" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətinin olmadığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, o bu barədə İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimdə çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, bu baxımdan İran istənilən monitorinq tədbirlərini qəbul etməyə hazırdır:

“Dünya və xalqımız qarşısında səmimiyik. Biz nüvə silahı yaratmaq istiqamətində addım atmırıq. Bu məsələni dəfələrlə bəyan etmişik və istənilən yoxlamaya hazırıq. Ancaq ABŞ və Avropa tərəfindən formalaşdırılan yüksək etimadsızlıq divarı bu danışıqların uğurla nəticələnməsinə əngəl törədir. İran onların ifrat tələbləri qarşısında geri çəkilməyəcək. Biz regionda sülh və sabitlik naminə qonşu dövlətlərlə dialoq aparırıq", - deyə Pezeşkian vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
14
missiya.az

10Mənbələr