EN

6 məktəbə direktor təyin edildi - FOTO

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 6 məktəbə direktor təyinatı həyata keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə azedu.az-a sözügedən təhsil idarəsi məlumat verib.

Belə ki, Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

Həmidova Pərvanə Qurban qızı - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

Camalzadə Leyla Hümbət qızı - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;

Muradova Günel Oruc qızı - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;

Məmmədova Günel Elçin qızı - Samux şəhəri 3 nömrəli tаm orta ümumtəhsil məktəbinin direktoru;

Məmmədov Seymur Vaqif oğlu - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat alıb.

2
Chosen
15
25
redaktor.az

10Sources