EN

İran Prezidenti Türkiyəyə təşəkkür edib

İran Prezidenti Məsud Pezaşkian ABŞ ilə danışıqlarda Ankaranın konstruktiv roluna görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Xarici İşlər Naziri Hakan Fidana təşəkkür edib.

Missiya.Az xəbər verir ki, Pezeşkian İran inqilabının 47-ci ildönümü münasibətilə Tehranda xalqa müraciət edərək ABŞ və Avropanın açıqlamalarının etimadsızlıq yaratdığını bildirib və ölkəsinin nüvə silahı istehsal etmədiyini təsdiqləyib.

Prezident həmçinin 8-9 yanvar hadisələri və iğtişaşlara görə xalqdan üzr istəyib, hökumətin bütün problemləri qətiyyətlə həll etməyə çalışdığını qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
15
missiya.az

1Sources