EN

"Qəbələ" heyətinə daha bir futbolçu cəlb edib

"Qəbələ" transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Bu barədə "Far.Az"a bölgə təmsilçisindən məlumat verilib.

"Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası "Valansyen" olan fransalı futbolçu daha öncə vətənində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren" kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

Chosen
10
12
far.az

10Sources