Pezeşkian bildirib ki, İran öz xalqı və dünya qarşısında səmimidir: "Biz nüvə silahına can atmırıq və hər cür yoxlamaya hazırıq".
Prezident qeyd edib ki, ABŞ və Avropanın öz bəyanatları ətrafında ucaltdığı "etibarsızlıq divarı" nüvə dialoqunun nəticə verməsinə mane olur.
Pezeşkianın fikrincə, regionun problemlərini uzaqdan gələn "yadellilər" deyil, yalnız bölgə ölkələri həll edə bilər. Bu məqsədlə İran qonşuları ilə aktiv dialoq aparır.
Fevralın 6-da Maskatda ABŞ və İran arasında keçirilən dolayı danışıqlar Donald Tramp tərəfindən müsbət qiymətləndirilsə də, İranın XİN rəhbəri Abbas Araqçı bir qədər fərqli mövqe sərgiləyib. O, uranın zənginləşdirilməsi hüququnun, hətta bu, müharibəyə səbəb olsa belə, qorunacağını vurğulayıb.