AZ

Pezeşkian: "İran nüvə proqramının yoxlanılmasına hazırdır" –ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərək, ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha bəyan edib. O, rəsmi Tehranın bu məsələdə tam şəffaflığa hazır olduğunu vurğulayıb.

Pezeşkian bildirib ki, İran öz xalqı və dünya qarşısında səmimidir: "Biz nüvə silahına can atmırıq və hər cür yoxlamaya hazırıq".
Prezident qeyd edib ki, ABŞ və Avropanın öz bəyanatları ətrafında ucaltdığı "etibarsızlıq divarı" nüvə dialoqunun nəticə verməsinə mane olur.

Pezeşkianın fikrincə, regionun problemlərini uzaqdan gələn "yadellilər" deyil, yalnız bölgə ölkələri həll edə bilər. Bu məqsədlə İran qonşuları ilə aktiv dialoq aparır.

Fevralın 6-da Maskatda ABŞ və İran arasında keçirilən dolayı danışıqlar Donald Tramp tərəfindən müsbət qiymətləndirilsə də, İranın XİN rəhbəri Abbas Araqçı bir qədər fərqli mövqe sərgiləyib. O, uranın zənginləşdirilməsi hüququnun, hətta bu, müharibəyə səbəb olsa belə, qorunacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr