EN

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb   

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandum “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” zamanı imzalanıb.

Qeyd olunub ki, strateji əhəmiyyət kəsb edən memorandum çərçivəsində innovasiya ekosistemi, rəqəmsal transformasiya və texnoparkların inkişafı, startapların inkubasiya və akselerasiya proqramları ilə dəstəklənməsi, texnoloji sahibkarlığın və insan kapitalının gücləndirilməsi, innovasiya layihələrinin birgə maliyyələşdirilməsi və investisiya yatırımı, dövlət–özəl tərəfdaşlığının təşviqi, rəqəmsal “sandbox”lar vasitəsilə pilot layihələrin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

Chosen
15
4
azerbaijan-news.az

7Sources