AZ

Türkiyə ilə innovasiya və texnologiya sahəsində sənəd imzalandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA), Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və "Sistem Global Danışmanlık A.Ş" konsaltinq şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, strateji əhəmiyyət kəsb edən memorandum çərçivəsində innovasiya ekosistemi, rəqəmsal transformasiya və texnoparkların inkişafı, startapların inkubasiya və akselerasiya proqramları ilə dəstəklənməsi, texnoloji sahibkarlığın və insan kapitalının gücləndirilməsi, innovasiya layihələrinin birgə maliyyələşdirilməsi və investisiya yatırımı, dövlət–özəl tərəfdaşlığının təşviqi, rəqəmsal "sandbox"lar vasitəsilə pilot layihələrin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov memorandumun hər iki ölkənin ekosisteminin qarşılıqlı inteqrasiyası üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Bu Anlaşma Memorandumu Azərbaycan və Türkiyə arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığı daha sistemli və nəticəyönümlü mərhələyə daşıyır. Beləliklə, startapların inkişafı, insan kapitalının gücləndirilməsi, birgə innovasiya layihələrinin reallaşdırılması və texnoloji bizneslər üçün hərtərəfli mexanizm formalaşır".

TÜBİSAD-ın İdarə Heyətinin sədri Mehmet Ali Tombalak isə qeyd edib ki, hər iki ölkənin şirkətlərinin bir araya gəlməsi ortaq texnoloji ekosistemin güclənməsinə təkan verəcək: "Bu gün biz burada təkcə iki ölkənin şirkətlərini bir araya gətirmək üçün deyil, həm də iki ölkənin texnoloji gücünü birləşdirmək üçün toplaşmışıq. Bizim yanaşmamız üç sözlə ifadə olunur: fokuslanmaq, birləşmək və birlikdə təsir yaratmaq. Biz şirkətlərimizi və ölkələrimizi bir-birinin rəqibi kimi deyil, bir-birini tamamlayan tərəfdaşlar kimi görürük".Report

Seçilən
10
4
bakivaxti.az

7Mənbələr