EN

Vağarşapatda müxalifətə qarşı "təmizləmə" əməliyyatı: Saxlanılanlar var –ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Vağarşapat şəhərində bu gün səhər saatlarından etibarən müxalif baxışlı şəxslərə qarşı genişmiqyaslı əməliyyatlara başlanılıb. İstintaq Komitəsi faktı təsdiqləsə də, rəsmi açıqlamanın daha sonra veriləcəyini bildirib.

Vağarşapat Ağsaqqallar Şurasının "Qələbə" fraksiyasının rəhbəri Sevak Xaçatryan bildirib ki, səhər saatlarında müxalifətçilərin evlərində axtarışlar aparılıb və ilkin olaraq 5 nəfər saxlanılıb.

Xaçatryanın son məlumatına görə, saxlanılanların sayı artıq 10 nəfərə çatıb. Onların hamısının Ağsaqqallar Şurasının üzvləri və müxalif alyansın tərəfdarları olduğu bildirilir.
Müxalifət təmsilçiləri baş verənləri hakimiyyətin siyasi repressiyası kimi qiymətləndirirlər.

Hazırda Ermənistan İstintaq Komitəsinin hadisə ilə bağlı geniş hesabatı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
olaylar.az

1Sources