EN

Nəriman futbol tariximizə düşdü Ən bahalı oyunçudur

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ təmsilçisi “Kolumbus Kreu” klubuna transfer olunan “Qarabağ”ın və millimizin hücumçusu Nəriman Axundzadə Azərbaycan futbol tarixinə düşüb.

“Qafqazinfo” transfermarket.com saytına istinadən xəbər verir ki, o, yerli futbolçular arasında xarici kluba transfer olunan ən bahalı oyunçudur.

Belə ki, MLS klubu 22 yaşlı forvard üçün 2,5 milyon avrosundan keçib. İndiyə qədər heç bir azərbaycanlı futbolçu bu qiymətə transfer edilməyib.

İndiyə qədər Azərbaycan Premyer Liqasından başqa kluba ən baha qiymətə transfer edilən yerli futbolçu Şahruddin Məhəmmədəliyev olub. O, 2023-cü ildə 900 min avro qarşılığında “Qarabağ”dan Türkiyənin “Adana Demirspor” klubuna keçib.

Premyer Liqamızdan gedərək legioner həyatı yaşayan ikinci ən bahalı oyunçusu isə “Qarabağ”ın forvardı, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. O da 2023-cü ildə “Qarabağ”dan İsveçin “Yuqorden” klubuna transfer olunub. İvseçlilər hücumçu üçün Ağdam təmsilçisinə 500 min avro ödəyib. 

Azərbaycan çempionatından kənarda oynayarkən bir klubdan digərinə keçən azərbaycanlı oyunçuların da transfer məbləğləri Nəriman Axundzadə üçün ödənilən məbləğdən az olub.

2016/2017-ci illər mövsümündə Almaniyada doğulub sonra milliləşdirlən yığmamızın üzvü Deniz Yılmaz “Elazığspor”dan “Trabzonspor”a 1,8 milyon avro qarşılığında keçib.

Daha bir milliləşdirilmiş oyunçu Riçard Almeyda isə 2012-ci ildə Braziliyanın “Santo Andre” klubundan “Qarabağ”a 1,28 milyon avroya keçib.

2023-cü ildə Ramil Şeydayev Taylandın “Buriram Yunayted” klubundan Türkiyənin “Kocaelispor” klubuna 800 min avro qarşılığında transfer olunub.

Azərbaycan futbolunun əfsanələrindən olan Vəli Qasımov 1992-ci ildə Moskva “Dinamo”sundan İspaniya “Betis”inə 600 min avroya keçib.

Anton Krivotsyuk 2022-ci ildə Polşanın “Visla Plok” klubundan Cənubi Koreyanın “Daejeon Hana” klununa 600 min avroya transfer edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
4
qafqazinfo.az

5Sources