AZ

Nəriman futbol tariximizə düşdü - Ən bahalı oyunçudur

ABŞ təmsilçisi "Kolumbus Kreu" klubuna transfer olunan "Qarabağ"ın və millimizin hücumçusu Nəriman Axundzadə Azərbaycan futbol tarixinə düşüb.

Day.Az transfermarket.com saytına istinadən xəbər verir ki, o, yerli futbolçular arasında xarici kluba transfer olunan ən bahalı oyunçudur.

Belə ki, MLS klubu 22 yaşlı forvard üçün 2,5 milyon avrosundan keçib (transfermarket.com saytı "Kolumbus Kreu"nun bu transfer üçün 2,5  miyon avro ödədiyini yazsa da, əslində bu rəqəm daha aşağıdır. Əldə etdiyimiz məlumata görə, MLS təmsilçisi gənc forvard üçün "Qarabağ"a 1,25 milyon avro - 2.5 milyon manat ödəyib). İndiyə qədər heç bir azərbaycanlı futbolçu Premyer Liqamızdan başqa kluba bu qiymətə transfer edilməyib.

Bu günə qədər Azərbaycan Premyer Liqasından başqa kluba ən baha qiymətə transfer edilən yerli futbolçu Şahruddin Məhəmmədəliyev olub. O, 2023-cü ildə 900 min avro qarşılığında "Qarabağ"dan Türkiyənin "Adana Demirspor" klubuna keçib.

Premyer Liqamızdan gedərək legioner həyatı yaşayan ikinci ən bahalı oyunçu isə "Qarabağ"ın forvardı, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. O da 2023-cü ildə "Qarabağ"dan İsveçin "Yuqorden" klubuna transfer olunub. İsveçlilər hücumçu üçün Ağdam təmsilçisinə 500 min avro ödəyib. 

Azərbaycan çempionatından kənarda oynayarkən bir klubdan digərinə keçən azərbaycanlı oyunçuların da transfer məbləğləri Nəriman Axundzadə üçün ödənilən məbləğdən az olub.

2016/2017-ci illər mövsümündə yığmamızın Almaniyada doğulub sonra milliləşdirilən üzvü Deniz Yılmaz "Elazığspor"dan "Trabzonspor"a 1,8 milyon avro qarşılığında keçib.

Daha bir milliləşdirilmiş oyunçu Riçard Almeyda isə 2012-ci ildə Braziliyanın "Santo Andre" klubundan "Qarabağ"a 1,28 milyon avroya keçib.


 
2023-cü ildə Ramil Şeydayev Taylandın "Buriram Yunayted" klubundan Türkiyənin "Kocaelispor" klubuna 800 min avro qarşılığında transfer olunub.

Azərbaycan futbolunun əfsanələrindən olan Vəli Qasımov 1992-ci ildə Moskva "Dinamo"sundan İspaniya "Betis"inə 600 min avroya keçib.

Anton Krivotsyuk 2022-ci ildə Polşanın "Visla Plok" klubundan Cənubi Koreyanın "Daejeon Hana" klununa 600 min avroya transfer edilib.

Seçilən
1
4
day.az

5Mənbələr