EN

“Qarabağ”ın rəqibi 4 oyun sonra qalib gəldi Video

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Nyukasl” səfərdə "Tottenhem"in qonağı olub. Qarşılaşma Eddi Haunun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 36-ya yüksəldən “Nyukasl” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 29 xalı olan “Tottenhem” isə 16-cı yerdədir.

Qeyd edək ki, “Qarabağ”ın “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

“Tottenhem” – “Nyukasl” 1:2

Qollar: Arçi Qrey, 64 - Malik Tyau, 45+5, Ceykob Remzi, 68

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
14
qafqazinfo.az

10Sources