EN

Əraqçi: İran dinc məqsədlərlə atom enerjisindən istifadəni təmin edən saziş təklifi üzərində işləyir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran dinc məqsədlərlə atom enerjisindən istifadəni təmin edən saziş təklifi üzərində işləyir, lakin ABŞ-a tam etibar etmir.

APA xəbər verir ki, bu bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçi RT telekanalına müsahibəsində edib.

Əraqçi bildirib ki, plan İranda nüvə silahının olmayacağına zəmanət verəcək və eyni zamanda ölkənin nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququnu təmin edəcək.

O vurğulayıb ki, 2025-ci ildə danışıqlar fonunda ABŞ-ın endirdiyi zərbələrdən sonra İran hələ də Vaşinqtona tam etibar etmir.

Tramp daha əvvəl bəyan edib ki, ABŞ-ı yalnız İranı həm nüvə, həm də raket proqramından məhrum edəcək saziş qane edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
5
apa.az

6Sources