EN

Əşyasına toxunan bacısını bıçaqladı HÖKM KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fəridə Baxışovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib.

İttiham aktına əsasən, hadisə 3 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Fəridə Baxışova onunla eyni ünvanda yaşayan bacısı, zərərçəkmiş Zəminə Baxışovanı (adı, soyadı şərtidir) bıçaqlayıb.

Tərəflər arasında münasibətlərin pozulması zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə məxsus əşyalardan onun icazəsi olmadan istifadə etməsi olub. Mübahisə zamanı Fəridə əsəbiləşərək mətbəx bıçağını götürüb və bacısına qəsdən iki dəfə zərbə endirib. Zərbələr nəticəsində Zəminəyə döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməklə ağciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib ki, bu xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib. Bundan əlavə, zərərçəkmiş şəxsin sol bazu nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara aşkar olunub və həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilib.

Beləliklə, təqsirləndirilən şəxs bacısının sağlamlığına qəsdən ağır zərər vurmaqda ittiham edilir və onun barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanıb.

İstintaq dövründə Fəridə Baxışovanın barəsində barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

Qeyd: Fəridə Baxışova Bakıda, bacısı Zəminə Baxışova isə Türkiyədə universitetlərin birində oxuyur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
12
konkret.az

10Sources