AZ

Bakıda tələbə qız bacısını bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fəridə Baxışovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Ucnoqta.az Pravda.az-a istinadən bildirir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin sonuncu iclasında hökm oxunub, müttəhimə şərti cəza verilib.

İttiham aktına əsasən, hadisə 3 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Bakının Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Fəridə Baxışova onunla eyni ünvanda yaşayan bacısı, zərərçəkmiş Zəminə Baxışovanı (adı, soyadı şərtidir - red.) bıçaqlayıb.

Tərəflər arasında münasibətlərin pozulmasına zərərçəkmişin təqsirləndirilən şəxsə məxsus əşyalardan onun icazəsi olmadan istifadə etməsi olub. Mübahisə zamanı Fəridə əsəbiləşərək mətbəx bıçağını götürüb və bacısına qəsdən iki dəfə zərbə endirib.

F.Baxşıova bacısının sağlamlığına qəsdən ağır zərər vurmaqda ittiham edilib və onun barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanıb.

İstintaq dövründə Fəridə Baxışovanın barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

Fəridə Baxışova Bakıda, bacısı Zəminə Baxışova isə Türkiyədə universitetlərin birində ali təhsil alır.

Seçilən
24
12
ucnoqta.az

10Mənbələr