EN

Prezident həmin fotoları Vensə göstərdi

Xəbər verdiyimiz kimi, ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda geniş qarşılanma mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, fevralın 10-da Zuğulba iqamətgahında baş tutan mərasimdə maraqlı anlar yaşanıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vens cütlüyünə ailə albomundan özəl fotolar təqdim ediblər. Şəkillərdə müxtəlif dövrlərdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşləri əks olunub.

Xatırladaq ki, səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəd iqtisadiyyat, təhlükəsizlik və süni intellekt sahələrində əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, bu, son 18 ildə ABŞ vitse-prezidentinin Azərbaycana ilk rəsmi səfəridir.

Chosen
40
publika.az

1Sources