EN

Ağdaşda qəza

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-ın Mərkəzi Aran bürosuna istinadla xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Şirvangöl istirahət mərkəzi yaxınlığından keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "Şevrolet" markalı avtomobil aşıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1989 -cu il təvəllüdlü Süleyman Şəmiyev rayon xəstəxanasına, digər 3 yaralı isə Yevlax rayon tibb müəssisəsinə aparılıb.

Chosen
13
1
publika.az

7Sources