EN

Lepsin əmlaklarının dəyəri üzə çıxdı

ain.az bildirir, Axsham.az portalına istinadən.

Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Lepsin sahib olduğu daşınmaz əmlakın ümumi dəyəri 1,5 milyard rubldan (təxminən 33 milyon 24 min manat) artıqdır.

Axşam.az xəbər verir ki, bu barədə “Beşinci kanal” məlumat yayıb.

Bildirilir ki, onun Moskva ətrafında elit səviyyəli malikanəsi var. Həmin ev yaxın günlərdə satışa çıxarılıb. Bundan əlavə, Lepsin Moskvanın mərkəzində yerləşən, sahəsi 83 kvadratmetr olan və təxminən 70 milyon rubl dəyərində qiymətləndirilən mənzili mövcuddur.

Müğənni həmçinin Tver vilayətində, Volqa çayı və Staritsa monastırının yaxınlığında yerləşən 4,2 hektar sahəyə malik torpaq sahəsinin sahibidir.

Bundan başqa, Lepsin Xamovniki rayonunda yerləşən yaşayış kompleksində sahəsi 300 kvadratmetr olan mənzili var. Həmin mənzilin bazar dəyəri 386 milyon rubl təşkil edir. Eyni yaşayış kompleksində ona məxsus 18 milyon rubl dəyərində fərdi parkinq yeri də var.

Müğənninin daşınmaz əmlak siyahısına Moskvanın Basman rayonunda yerləşən, sahəsi 130,1 kvadratmetr olan və 58 milyon rubl dəyərində qiymətləndirilən daha bir mənzil də daxildir.

Bu gün isə məlum olub ki, Qriqori Lepsin Novorizsk şossesində yerləşən, Tay üslubunda inşa edilmiş evi satışa çıxarılıb. Malikanənin satış qiyməti 550 milyon rubl təşkil edir. Daşınmaz əmlak 20 sot torpaq sahəsində yerləşir. Ümumi sahəsi 1,8 min kvadratmetr olan evdə yeddi yataq otağı və təxminən on sanitar qovşaq mövcuddur. Malikanədə hovuz və sauna ilə təchiz olunmuş SPA kompleksi, kitabxana, mövsümlərə uyğun ayrıca qarderob otaqları, qış bağı və qaraj da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
axsam.az

1Sources