EN

Ağdaşda qəza - Dörd nəfər xəsarət aldı

AĞDAŞ, 10 fevral. TELEQRAF

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Şirvangöl istirahət mərkəzi yaxınlığından keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "Şevrolet" markalı avtomobil aşıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1989 -cu il təvəllüdlü Süleyman Şəmiyev rayon xəstəxanasına, digər 3 yaralı isəYevlax rayon tibb müəssisəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
39
1
teleqraf.com

7Sources