EN

Şamaxıda ağır qəza - Ölən var

Yazını böyüt
Yazını kiçilt

Şamaxıda avtomobilin ağaca çırpılması nəticəsində sərnişinlərdən biri ölüb.

Hafta.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan zaman “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır bədən xəsarətləri alıb və o xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır./apa/

Chosen
20
11
hafta.az

10Sources